A

UNEC-də yay imtahan sessiyasının başlanması ilə əlaqədar növbəti “Açıq qapı” günü keçirilib.

“Açıq qapı”da UNEC-in rektoru, professor Ədalət Muradov, UNEC İctimai Nəzarət Şurasının üzvləri, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva, tələbə-rektor Elmir Sadıqov və müvafiq struktur rəhbərləri iştirak ediblər.

“Açıq qapı”ya daxil olan müraciətlər əsasən, imtahanlarda güzəştlərin olunması, təhsil haqqı borcu, maddi yardımın göstərilməsi, işə qəbul barədə olub. Müraciətlər dinlənildikdən sonra bəziləri yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və həlli məqsədilə müvafiq  struktur rəhbərlərinə tapşırıqlar verilib.

Müraciət edənlər arasında UNEC-in Aprel şəhidi Tural Dadaşovun anası Kəmalə Dadaşova iştirak edib. Şəhid anasının müraciəti UNEC-in Memorial-Xatirə Kompleksində Turalın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı olub. UNEC-də şəhidlərin xatirəsinin həmişə əziz tutulduğu və onlarla qürur duyulduğunu deyən rektor, qısa müddətdə universitetdə Tural Dadaşovun barelyefinin hazırlanacağını və adının əbədiləşdiriləcəyini qeyd edib.  

Xatırladaq ki, “Açıq qapı” günləri hər həftənin şənbə günü olmaqla yay imtahan sessiyasının sonuna kimi davam edəcək. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay