×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder index.html silmək alınmadı


A

UNEC-in rektoru, professor Ədalət Muradov qəbula yazılan universitet əməkdaşları və tələbələrlə görüşüb.

Müraciətlər əsasən yenidən imtahanların təşkili, imtahan təşkil olunmasını, təqaüd, qaib limitinin aşılması, diplom işləri, akademik borclarla bağlı olub. Rektor müraciətləri dinlədikdən sonra onların araşdırılması və həlli istiqamətində struktur bölmə rəhbərlərinə tapşırıqlar verilib.

UNEC rektorunun universitet əməkdaşları və tələbələrlə qəbul günü hər həftənin IV günü (cümə axşamı) tədris binaları üzrə aparılır.

Hər ayın ilk şənbə günü isə UNEC-də “Açıq Qapı” günləri keçirilir.

UNEC-də təkliflərin dinlənilməsi, şikayətlərin operativ araşdırılması və rektorun qəbuluna qeydiyyata düşmək üçün “Qaynar xətt” xidməti fəaliyyət göstərir. “Qaynar xətt” həftə içi hər gün saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir. Rektorun qəbuluna qeydiyyata alınmaq üçün 1846-1-3 nömrələrinə müraciət etmək olar.

TOP XƏBƏRLƏR