A

UNEC-də 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı 3-cü “Açıq qapı” günü baş tutub. Rektor, professor Ədalət Muradov bu dəfə də İctimai Nəzarət Şurasının üzvləri ilə birgə müraciətləri dinləyib.

Qəbulda İctimai Nəzarət Şurasının üzvlərindən Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı və “525-ci qəzet”in  əməkdaşı Sevinc Qarayeva, həmçinin universitetin aidiyyatı struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

“Açıq qapı”da rektora ünvanlanan müraciətlər, əsasən qaib limitinin ötməsi və bu səbəbdən imtahana buraxılmama ilə bağlı olub. Tələbə və onların valideynləri buna görə üzrlü səbəblər gətiriblər. Rektor, professor Ədalət Muradov bütün müraciətlərin ətraflı araşdırılacağını və qaydalar çərçivəsində köməklik göstəriləcəyini bildirib. Bunun üçün UNEC-in müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıq verilib.

Bu “Açıq qapı” günündə də imtahan prosesi ilə bağlı, demək olar ki, şikayətlər qeydə alınmayıb. Bu hal İctimai Nəzarət Şurası üzvlərinin də diqqətindən yayınmayıb. Şuranın üzvü, Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı deyib ki, imtahanlara dair ciddi şikayətlərin olmaması UNEC-in, onun rəhbərliyinin son illər həyata keçirdiyi mütərəqqi islahatların, şəffaflaşma siyasətinin nəticəsidir. “Bu həm də onu göstərir ki, yaranmış hər hansı problem dərhal yerində həll olunur, aradan qaldırılır”, - deyə  Elşad Eyvazlı vurğulayıb.   

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay