A

İtaliyanın Sapienza Universitetinin rektoru Eugenio Gaudio Azərbaycana dəstək məqsədilə UNEC rektoru, professor Ədalət Muradova məktub ünvanlayıb.

Məktubda Ermənistanın Azərbaycana təcavüzü pislənərək, Avropa Birliyinin, BMT-nin sülhsevər dəyərləri ön plana çəkilib, sülhün bərqərar olması, müharibənin bitməsi arzulayıb. Ermənilərin mülki obyektləri hədəf alması, məsum insanların qanını tökməsi vəhşilik adlandırılaraq qınanılıb. Baş verən haqq-ədalət savaşında Azərbaycanın yanında olduqları vurğulanıb.

Rektor Eugenio Gaudio Sapienza Universiteti və İtaliya akademikləri adından şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay