“Qarabağ” Ağdamda qurulacaq yeni universitetin adı olmaqla yanaşı, həm də güclü bir universitet brendi olacaqdır. Bu brendin özəllilikləri kimi aşağıdakılar ola bilər:
- ”tələbə mərkəzli” universitet;
- öyrətməyə vida edən və öyrənməyi əsas tutan təhsil modeli;
- fərdı təhsil trayektoriyası əsasında təhsil verən universitet;
- təhsilin əsas keyfiyyət amili kimi hər bir təhsilalanın “təhsil izi”;
- XXI əsr vərdiş, bacarıq və kompetensiyaların formalaşmasına zəmanət verən adaptiv təhsil modeli;
- distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet;
- dünyada öndə olan universitetlərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti;
- rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi;
- xətti-funksional idarəetməni proseslərin idarəedilməsilə əvəzləyən universitet;
- “Smart universitet”;
- ŞƏHİD övladlarının təhsil aldığı universitet.
Professor Ədalət Muradov
UNEC rektoru.