A

UNEC rektorunun əmrinə əsasən, dosent Elçin Eyvazov İqtisadiyyat fakültəsinin dekanı vəzifəsini icra edəcək. O, bu vəzifəyədək İqtisadiyyat fakültəsinin dekan müavini vəzifəsində çalışıb.

Elçin Eyvazov 20 iyun 1975-ci ildə  anadan olub.

2000-ci ildə  Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

2001-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Gömrük işinin təşkili kafedrasında baş laborant, 2002-ci ildən Beynəlxalq ticarət və gömrük işi kafedrasında müəllim vəzifəsində çalışır.
2013-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2015-ci ilin oktyabrında gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.

Elçin müəllimi təbrik edirik, fəaliyyətində uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay