A

UNEC-də onlayn keçirilən XIV Karyera Yarmarkasının nəticələri açıqlanıb.

İlk dəfə olaraq onlayn keçirilən Karyera Yarmarkasında 120-dən çox dövlət və özəl qurum tərəfindən 702 vakansiya və 54 təcrübə proqramı UNEC tələbələri və məzunlarına təqdim olunub.

Vakansiyalar üzrə təklif olunan ən yüksək əmək haqqı 2.600 manat, ən aşağı əmək haqqı isə 800 manatdır.

Karyera Yarmarkasında şirkətlərə 3440 CV müraciəti olunub, onlardan 604 nəfər aktiv təcrübə proqramlarına cəlb olunub, 383 nəfər isə işə qəbul olunublar.

Müsahibədən keçən, qəbul olunan 106 nəfər isə işdən imtina edib, 6 şirkətə isə heç bir CV müraciəti olunmayıb.

Qeyd edək ki, aktiv vakansiyalar üzrə müraciət edənlərin çoxu tələbə olduqları üçün təcrübə proqramlarına cəlb olunma və işə qəbul prosesi davam edir.

 

TOP XƏBƏRLƏR