A

“Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) inzibati heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan diferensial əmək haqqı sisteminin tətbiqi haqqında qaydalar”la bağlı UNEC-in 2 saylı tədris binasında inzibati heyətlə görüş keçirilib.

İnzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov və İnsan resursları şöbəsinin müdiri Nizami Qəhrəmanov diferensial əmək haqqı sistemi və inzibati heyətin üzərinə düşən vəzifə öhdəlikləri barədə görüş iştirakçılarına ətraflı məlumat veriblər.

Görüşdə qaydalarla bağlı əməkdaşların sualları cavablandırılıb və təklifləri dinlənilib.

 

TOP XƏBƏRLƏR