A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Avropa komissiyasının Erasmus+ proqramının iki müxtəlif çağırışı üzrə koordinatoru olaraq Erasmus+ (KA2), eyni zamanda Jean Monnet modul proqramının qalibi  olub.

UNEC-in koordinatorluğu ilə hazırlanaraq təqdim edilən “Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin mitiqasiyası (REFRESH)” layihəsi Avropa komissiyasının Erasmus+ proqramı tərəfindən maliyyələşməyə qəbul olub.

Ümumi dəyəri 703 min avro olan REFRESH layihəsinin məqsədi Azərbaycan universitetlərində bərpa olunan enerji mənbələri üzrə keyfiyyətli tədrisin əsasını qoymaqdır. Bu baxımdan layihə bərpa olunan enerji mənbələri üzrə universitetlərdə yerli kadrların hazırlanması və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədinə töhfə verəcəkdir.

Layihə 6 yerli, 4 Avropa universiteti və qeyri-hökumət təşkilatı olmaqla 15 tərəfdaşdan ibarətdir.

UNEC bu il “Dayanıqlı Avropa üçün Rəqəmsal Sahibkarlıq Strategiyaları (DigiShip)” adlı Erasmus+ Jean Monnet modulunun da qalibidir. Ümumi dəyəri 30 min avro olan layihə Aİ-nin qabaqcıl təcrübələrini mənimsəməklə, UNEC-də rəqəmsal sahibkarlıq kursunun praktikliyini artırmaq məqsədi daşıyır. 

TOP XƏBƏRLƏR