A

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda əmək  bazarının kəmiyyət təhlili” mövzusunda seminar keçirilib.

Tədbirdə UNEC-in Tədqiqat Mərkəzlərinin rəhbərləri, tədqiqatçıları, professor-müəllim heyəti ilə yanaşı Milli Observatoriyanın idarə heyəti üzvləri və struktur bölmə rəhbərləri də iştirak edib.

Tədbiri giriş sözü ilə açan sədr müavini Elnur Səfərli mövzunun aktuallığından danışaraq, Milli Observatoriyanın əsas vəzifələrindən birinin məhz təhsil müəssisələrinin məzunlarının əmək bazarına adaptasiya vəziyyətini mütəmadi olaraq təhlil etmək, bu sahədə təkmilləşdirmələrin aparılması üçün müvafiq təkliflər verməkdən ibarət olduğunu bildirib.

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova universitetdə iqtisadiyyatın müxtəlif istiqamətlərini əhatə edən 36 tədqiqat mərkəzinin yaradıldığını və mərkəzlərin əsas fəaliyyət istiqamətlərindən birinin respublikada və xarici ölkələrdə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri ilə əlaqələrin yaradılması və elmi mübadilələrin həyata keçirilməsi olduğunu qeyd edib.

Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin rəhbəri, Milli Observatoriyanın sədr müavini Sənnur Əliyev əmək bazarında ayrı-ayrı kateqoriyalardan olan ölkə vətəndaşlarının, o cümlədən qadınların, gənclərin, əlilliyi olan şəxslərin məşğulluq göstəriciləri barədə təqdimatla çııxış edib. Məruzəçi əmək bazarında məhsuldarlıq səviyyəsi aşağı olan sahələrin müəyyən edilməsi ilə əlaqədar təhlillərin aparılmasının, həmçinin əmək məhsuldarlığı aşağı olan sektorlar üzrə tədris proqramlarının təkmilləşdirilməsi, peşə təhsili müəssisələrinin məzunlarının özünüməşğulluq proqramlarına cəlb edilməsinin əhəmiyyətindən danışıb.

Dəyirmi masa ətrafında davam edən müzakirələrdə çıxış edən UNEC professoru İrşad Kərimov, UNEC Əmək Bazarının Monitorinqi Mərkəzinin rəhbəri dos.İsmayıl İsmayılov, mərkəzin tədqiqatçısı Sevinc Bayramova və digərləri peşə hazırlığı çərçivəsində bir sıra istiqamətlərdə beynəlxalq standart və tələblərə uyğun mütəxəssislərin hazırlanması, qeyri-formal məşğulluqla bağlı mübarizə tədbirlərinin genişləndirilməsi, o cümlədən müxtəlif sektorlarda qeyri-rəsmi məşğulluğun qarşısının alınması mexanizminin təkmilləşdirilməsi məqsədilə müvafiq qanunvericilik aktlarında dəyişikliklərin edilməsinin zəruriliyini vurğulayıblar.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay