A

Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) VI ümumi yığıncağı keçirilib.

Ahmet Yesevi Universitetinin ev sahibliyi və Türk Dövlətləri Təşkilatı Baş Katibinin müavini Ömər Kocamanın sədrliyi ilə keçirilən tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Qırğızıstan və Macarıstandan 50-dən çox rektor və universitet nümayəndələri təmsil olunub. Yığıncaqda UNEC-in rektoru professor Ədalət Muradov və rektorun müşaviri dosent Elşən Bağırzadə də iştirak ediblər.

Yığıncağın açılışında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun videomesajı dinlənilib. Açılış nitqlərindən sonra Türkiyə Universitetlər Birliyinin 6-cı ümumi yığıncağı işə başlayıb, gündəlikdəki məsələlər müzakirə edilib və növbəti il üçün sədrlik seçkisi keçirilib. 2023-2024-cü illər üzrə UNEC Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) Sədri seçilib. Birliyin sədri vəzifəsini UNEC rektoru professor Ədalət Muradov həyata keçirəcək.

QEYD: Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyi Türk Dünyasına üzv ölkələr arasında ali təhsil sahəsində iş birliyini həyata keçirmək məqsədilə ilə 2012-ci ildə yaradılıb. Hazırda təşkilatın 50-yə yaxın üzvü var.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay