A

UNEC-in professoru Belarus İqtisadiyyat Nazirliyinin İqtisadiyyat Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Minskdə “Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və dövlət tənzimlənməsi problemləri” mövzusunda keçirilən XXIV Beynəlxalq Elmi konfransda iştirak edib.

UNEC-in Elmi Fəaliyyətin Təşkili və İdarəedilməsi Departamentinin direktoru, i.e.d., prof. Zahid Məmmədov konfransın plenar iclasında Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan, eləcə də UNEC Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin fəaliyyəti və universitetin elmi fəaliyyətinin inkişafı istiqamətində tətbiq olunan innovativ yeniliklər barədə təqdimatla çıxış edib.

Konfransda dünyanın aparıcı alim və ekspertləri, xarici mütəxəssislər, Belarus Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələri, işgüzar dairələr, beynəlxalq ictimai təşkilatların və Ali təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay