A

Mühəndislik fakültəsinin müəllimləri, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri prof. Rövnəq Rzayev, “Materiallar mühəndisliyi” ixtisasının rəhbəri Azər Məmmədov və baş müəllim Vüsalə Musayeva "METAK" şirkətinə səfər ediblər.

Müəssisə ilə tanış olan müəllimlər şirkətin rəhbərliyi ilə görüşü zamanı "Materiallar mühəndisliyi" ixtisasında təhsil alan bir qrup tələbələrin şirkətdə istehsalat təcrübəsi keçmələri haqqında razılıq əldə ediblər. Gələcəkdə UNEC ilə “METAK” şirkəti arasında əlaqələr çərçivəsində əməkdaşlığın perspektivləri haqqında söhbətlər aparılıb.

Fəaliyyətə 1997-ci ildə başlamış və ilkin mərhələdə polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olan "METAK" şirkəti ölkəmizdə istehlakçıların böyük etibarını qazanmışdır.

Həmçinin, yerli bazarın tələbatını istehsal etdiyi mallarla böyük ölçüdə ödəyən “METAK” şirkəti 2005-ci ildən məhsullarını Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və sair ölkələrə ixrac edərək dünyanın aparıcı istehsalçıları ilə uğurlu rəqabət aparır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay