azedu.az

Universitetlərin COP29-la bağlı tədqiqat işləri olmalıdır

“Hesab edirəm ki, təbiətlə bağlı orta və ali məktəblərdə xüsusi dərnəklər olmalıdır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

“COP29-la bağlı Azərbaycan bütün dünyanın çox ciddi maraq dairəsindədir. 29-cü sesssiyaya Bakı ev sahibliyi edəcək. Hesab edirəm ki, Azərbaycan ev sahiblik etməkdə zəngin təcrübəyə malikdir. Bununla bağlı universitetlərin qarşısında böyük çağırış var.

Müşahidə edirəm ki, universitetlərdə yaşılla bağlı silsilə tədbirlər həyata keçirilir. Bəs maraqlıdır univeristetlər “Yaşıl universitet” in qoyduğu tələblərə uyğun hazırdırlarmı? “Yaşıl universitet”lə bağlı mütəxəssisləri hazırlaya bilirikmi?

Özbəkistanda açılan “Yaşıl universitet” maraqlıdır ki, necə universitetdir? Bu ali məktəb ekologiya, iqtisadiyyat, hüquq, eyni zamanda jurnalistikanı bütünlükdə dərindən bilən eko-maliyyə, eko-jurnalistika mütəxəssisləri hazırlayacaq. Bəzi bloggerlər meşəyə gedib bir verliş hazırlayır və 100 milyon insan “like” edir. Yəni böyük bir kafedranın tələbələrə izah etmək istədiyi fəaliyyətini orada əks etdirirlər.

“Yaşıl iqtisadiyyat” la bağlı bir tədbirdə iştirak etmişdim. Tədbirə qatılanlar mühərriki 5-dən yuxarı olan avtomobillə gəlmişdilər. Mən qeyd etdim ki, “Yaşıl”ı, ərtaf mühiti qorumaq haqqında danışırıq. Amma sürdüyümüz maşınlara baxın. Axı havanı çirkləndirən bu maşınlardır. Dünya artıq ekoloji maşınlardan istifadə etməyə qərar verir. Bəs biz buna doğru hansı addımlar atırıq? Ona görə də ilk növbədə bu sahədə örnək olmaq lazımdır”.

Professor real olaraq ortaya bir məhsul qoymağın zəruri olduğunu bildirib:

 

“Bununla bağlı Azərbaycan Dövlət İqtisad Universitetində oktyabrın 2-3-də konfrans keçiriləcək. Konfransda bütün dünya universitetləri, o cümlədən Almaniyadan, Rusiyadan, Avstriyadan, Belarusdan, Özbəkistandan eləcə də türk dünyasının nümayəndələri iştirak edəcək.

“Yaşıl iqtisadiyyat: COP29 çərçivəsində” elm, tədris, təhsil, innovasiya və texnologiya mövzusunda böyük beynəlxalq konfrans keçiriləcək. Konfransın məqsədi odur ki, bu , “Yaşıl” çağırışa uyğun “ Yaşıl elm”, nəsil, texnologiya nə edə bilər? Hansı dəstək göstərə bilərlər?

Yəni biz artıq real olaraq ortaya bir məhsul qoymalıyıq. Tədqiqatçılar bu yöndə məsələlənin həll yollarını göstərməlidirlər. COP29-la bağlı böyük tədqiqat işlərimiz olmalıdır. Məsələn “ Yaşıl maliyyə”, “Yaşıl bacarıqlar”, “Yaşıl əmək”, “Yaşıl sağlamlıq” və s. Universitet təkcə binadan ibarət olmamalıdır. Onun ətrafı kompuslu, ağaclı, çiçəkli olmalıdır.  

Buna görə də işləyib, tədqiqatları genişləndirmək lazımdır. Bununla bağlı UNEC-də “Yaşıl maliyyə və iqtisadiyyat” bağlı jurnal dərc oluncaq.

Düşünürəm ki, COP29-la bağlı məktəblilər üçün iməclik təşkil olunsa, daha yaxşı olar. Uşaqlara təbiəti sevdirməliyik. Hesab edirəm ki, təbiətlə bağlı orta və ali məktəblərdə xüsusi dərnəklər olmalıdır”, - deyə professor fikrini söyləyib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay