A

UNEC Kitabxana-İnformasiya Mərkəzinin (KİM) 2 saylı tədris binasının kitabxanası tərəfindən birinci kurs tələbələri üçün maarifləndirici təlim təşkil olunub.

Təlimdə 2 saylı tədris binası üzrə kitabxana müdiri Rəsmiyyə Rzayeva İqtisadiyyat və idarəetmə, Rus İqtisad Məktəbi və Türk Dünyası İqtisad fakültələrinin tələbələrinə KİM-in fəaliyyəti, elektron və ənənəvi xidmətləri, həmçinin beynəlxalq resursları haqqında ətraflı məlumat verib.

Təlim zamanı iştirakçılara library.unec.edu.az veb səhifəsindən istifadə qaydaları, elektron kataloq vasitəsilə resurs axtarışı metodları izah edilib. Həmçinin kitabxananın zəngin elektron və fiziki sənəd resursları, universitetin abunə olduğu beynəlxalq elmi bazalar — Scopus, Web of Science, EBSCOhost, ProQuest Ebook Central və digər platformalardan effektiv istifadə yolları təqdim olunub.

Təlimdə kitabxananın həyata keçirdiyi maarifləndirici və mədəni tədbirlər, kitab təqdimatları və layihələr barədə də məlumat verilib. Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və resurslardan səmərəli istifadə ilə bağlı tövsiyələr paylaşılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay