Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsi, Rus İqtisad Məktəbi və UNEC Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsi qaziləri Elvin Quliyev, Elmxan Nəcəfov və Kənan Lələyev ilə görüş keçirilib.
Tədbir UNEC Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Əfsanə Məmmədovanın aparıcılığı ilə baş tutub. Görüşdə fakültə dekanları iqtisad üzrə fəlsəfə doktoru Yusif Əliyev və dosent Mənsur Bərxudarov çıxış edərək qazilərin döyüş yolundan, Vətənə olan sevgilərindən və igidliklərindən danışıblar.
Qazilər müharibə xatirələrini və şəxsi təcrübələrini tələbələrlə bölüşərək Vətən uğrunda mübarizənin mənəvi dəyərlərindən bəhs ediblər.
Sonda tədbir iştirakçıları qazilərə göstərdikləri igidliyə görə təşəkkür edib və onlara sağlamlıq, uğurlar arzulayıblar.