A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru III Moskva Beynəlxalq konqresdə iştirak edib. Moskvada keçirilən konqres S.Y.Vitt adına Yeni Sənaye İnkişafı İnstitutu, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Rusiya Azad İqtisadçılar Cəmiyyəti, Moskva Maliyyə-Hüquq Universiteti və Fridrix Ebert Fondu ilə birgə təşkil edilib.

“Rusiyada istehsal, elm və təhsil: Yeni çağırışlar” mövzusuna həsr olunan konqresdə UNEC-in “İqtisadi nəzəriyyə” kafedrasının müdiri, professor Əlican Babayev məruzə ilə çıxış edib. Ə.Babayevin “İstehsalın, elmin və təhsilin dirçəlişi: iqtisadi-nəzəri məsələləri” adlı III plenar konfransdakı məruzəsi “Vahid milli təkrar istehsal prosesi kompleksində maddi istehsalın və sosial sferanın qarşılıqlı əlaqəsi” mövzusunda olub.

Beynəlxalq konqresdə Rusiyanın və dünyanın tanınmış alimləri, iqtisadiyyatın real sektorunun nümayəndələri, eləcə də Böyük Britaniya, Fransa, Almaniya, ABŞ, Çin, Qazağıstan, İtaliya, Azərbaycan alimləri və ekspertlərinin təmsil olunduğu 400-dən artıq nümayəndə iştirak edib.

TOP XƏBƏRLƏR