A

Rusiyanın Yekaterinburq şəhərində “Rusiya-Asiya-Afrika-Latın Amerikası: Qarşılıqlı inam iqtisadiyyatı” mövzusunda “Gənclərin X Dünya İqtisadi forumu” keçirilib.

Tədbirdə ekspert qismində UNEC-in “İqtisadi Nəzəriyyə” kafedrasının dosenti Xankişi Xankişiyev iştirak edib. Forumda dünyanın 72 ölkəsindən üç minə yaxın tələbə, magistr və gənc müəllimlər müxtəlif layihələrlə iştirak edirdilər. Tədbirdə 40 ölkənin Rusiyada akkreditasiya olunmuş səfirləri və 24 ölkədən ekspertlər forumun iştirakçısı olmuşlar.

UNEC eksperti iqtisadçıların konqresində 60-a yaxın layihənin qiymətləndirilməsinə cəlb edilmiş, “Azərbaycan və Rusiyanın ticari iqtisadi əlaqələri: inkişaf perspektivləri” mövzusunda Ural Dövlət İqtisad Universitetinin İqtisadi Təhlükəsizlik ixtisasının müəllim və tələbələri qarşısında açıq mühazirə ilə çıxış etdi.

Forumda UNEC-in Biznes və menecment fakultəsinin 2 tələbəsinin layihəsi də iştirak edib və final mərhələsinə qədər gedərək müvafiq olaraq 7 və 10-cu yerləri tutub.

UNEC müəllimi forum çərçivəsində 4 ölkənin (ÇAD, Benin, Kot-devuar və Kosta Rika) səfirləri ilə görüşmüş, ölkəmizin iqtisadi inkişafı, ölkələr arasında təhsil münasibətləri və Dağlıq Qarabağ problemləri haqqında müzakirələr aparmışdır.

UNEC müəllimi X.Xankişiyevə forumun təşəkkür məktubu təqdim edilmişdir. 

TOP XƏBƏRLƏR