A

UNEC-in Maliyyə və maliyyə institutları kafedrasının professoru, Rusiya Federasiyasının və Azərbaycanın iqtisad elmləri doktoru Elnur Sadıqov Belarusun Polosk Dövlət Universitetində mühazirə deyib.

Elnur Sadıqov Polosk Dövlət Universitetinin Maliyyə-iqtisad fakültəsində, 11 ölkədən həmin ali məktəbdə təhsil alan magistrlərə “Dünya ölkələrinin bank sistemi” və “Beynəlxalq valyuta kredit münasibətləri” fənlərini tədris edib. Dərslər zamanı UNEC professoru magistrlərin çoxsaylı suallarını cavablandırıb, dünya valyuta sisteminin təkamülündən və banklararası elektron hesablaşmaların üstünlüklərindən bəhs edib. Mühazirədə dünya ölkələrinin bankları arasında aparılan əməliyyatların daha da sürətləndirilməsi üçün qabaqcıl dövlətlərin təcrübəsindən istifadə edilməsinin təkmilləşdirilməsi xüsusi qeyd edilib.

Universitetin rəhbərliyi bildirib ki, UNEC professorunun dövrü olaraq mühazirələr aparması hər iki ali məktəbin Avropa təhsil sisteminə inteqrasiyasının bariz nümunəsidir. Eyni zamanda bu təşəbbüsün iki ölkə arasında humanitar sahədə əməkdaşlığın dərinləşməsinin göstəricilərindən biri olduğu vurğulanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay