A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimlərinin elmi araşdırmaları Böyük Britaniyanın nəşri olan “International journal of advanced computer science and applications” jurnalında dərc olunub.

“İnformasiya texnologiyaların insan resursların səmərəliliyinə təsiri: Azərbaycan timsalında (Impact of Information Technologies on HR Effectiveness: A Case of Azerbaijan) mövzusunda olan elmi araşdırma UNEC SABAH mərkəzinin rəhbəri və “Rəqəmsal İqtisadiyyat” kafedrasının dosent Aida Quliyeva, kafedranın baş müəllimi Ülviyyə Rzayeva və BMDM-in “İqtisadiyyat və idarəetmə” kafedrasının müəllimi Aygün Abdulovanın həmmüəllifliyi ilə yazılıb.

UNEC SABAH mərkəzinin müəllimləri elmi məqalədə informasiya texnologiyalarının idarəetməyə təsirini araşdırıblar. Alimlər müasir dövrdə insan resurslarının idarəolunmasında informasiya texnologiyalarının müsbət və mənfi təsirləri təhlil edərək, nəticələr çıxarıblar.

Qeyd edək ki, kompüter elmlərindən bəhs edən “International journal of advanced computer science and applications” Open Access jurnalının impact faktoru 3-dür və SIR reytinq sıralamasında yer alır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay