A

Dagistan Dövlət Universitetinin İqtisadiyyat fakultəsinin təşkilatçiligi ilə “İqtisadiyyatin transformasiyasi şəraitində biznes strukturlrinin idarə edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

UNEC-in "Maliyyə və maliyyə institutları" kafedrasının professoru Elnur Sadıqov konfransda Rusiya ilə Azərbaycan arasinda idxal və ixrac əməliyyatlarının maliyyələşdirilməsi, eləcə də Dağıstanla Azərbaycanın iqtisadi əməkdaşlıgının muasir vəziyyəti və perspektivlər barədə məruzə ilə çıxış edib. Çıxışdan sonra iştirakçılar məruzə ətrafinda muzakirələr aparılıblar. Müzakirələrdə hər iki ölkənin maliyyə-ticarət əlaqələrinin  daha da təkmilləşdirilməsi uçun təkliflər səsləndirilib. UNEC ilə Dagistan universitetləri arasinda əməkdaşlığın yeni istiqamətlərdə inkişafının zəruriliyi bildirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay