A

Odessa Milli Dəniz Universitetinin “Development of management and entrepreneurship methods on Transport” adlı elmi jurnalı UNEC-in müəllimi Bəhruz Babayevin həmmüəllifi olduğu “Xəzərin regional nəqliyyat dəhlizinin strateji faydaları” (Strategic advantages of transport network in the Caspian sea region) adlı məqaləsini nəşr edib.

Məqalədə Xəzər dənizi regionundan keçən nəqliyyat və enerji dəhlizlərinin imkanları təhlil edilib. Xəzərin nəqliyyat şəbəkəsinə iki əsas- Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin, Xəzər nəqliyyat şəbəkəsinə isə Xəzərdən Avropaya uzanan neft və təbii qaz boru nəqliyyat sistemlərinin daxil olduğu göstərilib. Məqalədə həmçinin, Xəzərin hövzəsində yerləşən ölkələrin neft və təbii qaz ehtiyatlarının dünya enerji bazarında əhəmiyyəti, eləcə də Xəzərin tranzit potensialının Avropa İttifaqı, ABŞ, Rusiya və Çin üçün mühüm iqtisadi və strateji faydaları izah edilir. Müəllif məqalədə Azərbaycanın Xəzərin iqtisadi layihələrinin aparıcı iştirakçısı və dəstəkçisi olduğunu xüsusi vurğulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay