A

UNEC ailəsinə yenidən ağır itki üz verib.

"Maliyyə və maliyyə institutları" kafedrasının dosenti Tofiq Hasilov 74 yaşında dünyasını dəyişib.

T.Hasilov 15 dekabr 1947-ci ildə anadan olmuşdur. 1953-1964-cü illərdə Ağsu rayonu orta məktəbində təhsil almışdır. 1964-1968-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (UNEC) təhsil aldıqdan sonra, 1972-ci ildən bu universitetdə baş müəllim, dosent, dekan müavini, dekan əvəzi vəzifələrində işləmişdir. İqtisad elmlər namizədi idi.

Tofiq Hasilov çalışdığı müddətdə universitet kollektivinin və tələblərinin sevgisini və dərin hörmətini qazanmışdı. Tofiq müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində daima əziz tutulacaq və yaşayacaqdır.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay