A

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İnnovativ Biznes-İnkubatorun birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan” biznes ideya müsabiqəsinin finalçıları bəlli olub.Müsabiqədə 9 universitetin 65 tələbəsi iştirak edib. Ekspert Şurası müsabiqəyə təqdim edilən 59 biznes ideyanın içindən aşağıdakıları seçiblər:

  1. Xəyyam Gözalov – UNEC, 4-cü kurs, - “Xarı Bülbül” (“Karabah House”)
  2. Aida Həsənova, Oder Aydınlı – UNEC, 3-cü kurs, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 3-cü kurs - “Azerbaijani Saffron”
  3. Kərim Rzabəylı, Alpaslan İsmailov – UNEC, 3-cü kurs, Xəzər Universiteti, 3 kurs – “EcoRise” kompüter oyunu
  4. Eşqin Cəfərov – UNEC, 1-ci kurs - “Misgər.az”
  5. Emil Alıyev – UNEC, 2-ci kurs - “Flame” Jewellery
  6. Səbinə Nəcəfzadə– UNEC, 2-ci kurs - “VitaDry” qurudulmuş meyvələri
  7. Fəqan Çələbizadə– UNEC, 3-cü kurs - “TagWishes.com”

“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin final mərhələsində tələbələr biznes ideyalarını təqdim edəcəklər və münsiflər heyəti 7 finalçı arasından 3 qalibi müəyyən edəcək. Final mərhələsi aprelin 22-də, saat 15:00-da UNEC-in əsas tədris binasında keçiriləcək.

TOP XƏBƏRLƏR