A

Bakı Mühəndislik Universiteti (BMU) ilə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) birgə təşkilatçılığı ilə Karyera Sərgisi keçiriləcək. 

Sərgidə tələbələr və məzunlar üçün iş və təcrübə imkanları təqdim olunacaq, eləcə də müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmaq üçün şərait yaradılacaq.

Tədbirdə Azərbaycanın 50-dən çox dövlət və özəl müəssisələri tərəfindən ümumilikdə 1000-ə yaxın aktiv vakansiya və təcrübə proqramlarını elan ediləcək.

Karyera sərgisi 14 dekabr, saat 10:00-14:00-dək BMU-nun yeni binasında təşkil olunacaq.

Qeydiyyatdan keçməyən şəxslər universitet ərazisinə daxil ola bilməyəcək. 

QEYDIYYAT

Sərgidə iştirak edəcək müəssisələrin SİYAHISI

TOP XƏBƏRLƏR