UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində tələbələrarası futbol turniri təşkil olunub.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən turnirin əsas məqsədi tələbələr arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və həmrəylik ruhunun gücləndirilməsi olub.
Turnirdə UNEC-in müxtəlif fakültələrini təmsil edən komandalar iştirak ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda komandalar yüksək oyun nümayiş etdiriblər.
Yekun nəticələrə əsasən:
I yer — “İSE SC” komandası (Beynəlxalq İqtisadiyyat Məktəbi)
II yer — “SABAH City” komandası (UNEC SABAH mərkəzi)
III yer — “Ağdərə” komandası (İqtisadiyyat və idarəetmə fakültəsi)
Turnirin sonunda qalib komandaların üzvlərinə kubok, diplom və medallar təqdim olunub. Tədbirin iştirakçıları bu cür idman yarışlarının tələbələrin asudə vaxtının səmərəli təşkili və komanda ruhunun formalaşması baxımından əhəmiyyətini vurğulayıblar.