RMES LOGISTICS MMC logistika sahəsində (satış, nəqliyyat və sənədləşmə istiqamətləri üzrə) karyera qurmaq və uzunmüddətli fəaliyyət göstərmək istəyən son kurs tələbələri üçün işə qəbul yönümlü karyera və seçim proqramı elan edir.

Proqramın məqsədi şirkətdə daimi əsaslarla çalışacaq peşəkar, məsuliyyətli və ixtisaslı kadrların seçilməsi və hazırlanmasıdır. Qeyd edək ki, proqram qısamüddətli təcrübə xarakteri daşımır və yalnız uzunmüddətli əməkdaşlıq niyyəti olan namizədlər üçün nəzərdə tutulub.

Proqram iki mərhələdən ibarətdir:

  • I mərhələ (1 ay): İlkin təlim, iş prosesi ilə tanışlıq, praktiki tapşırıqların icrası və namizədlərin uyğunluğunun qiymətləndirilməsi
  • II mərhələ (1 ay): Ödənişli sınaq müddəti, real iş öhdəlikləri və performansın dəyərləndirilməsi

Yekun nəticələrə əsasən uğurlu namizədlər şirkətdə müvafiq vəzifələr üzrə işlə təmin olunacaqlar.

Tələblər:

  • Son kurs tələbəsi (xanım namizədlərə üstünlük verilir)
  • Yüksək məsuliyyət və intizam
  • Güclü ünsiyyət bacarıqları
  • Operativlik və öyrənməyə açıqlıq
  • İngilis və rus dili bilikləri (üstünlükdür)
  • Uzunmüddətli işləmək və karyera qurmaq istəyi

Qeyd olunur ki, proqram çərçivəsində intizam, məsuliyyət və peşəkar yanaşma əsas qiymətləndirmə meyarlarıdır.

Son müraciət tarixi: 29.05.2026
Müraciət üçün: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR