A

UNEC tələbələri Ramazan Bayramını uşaq evində qeyd edəcəklər.

İyunun 14-də saat 15:00-da UNEC-in “İqtisadçı” Tələbə Elmi Dərnəyinin və “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Suraxanı rayonundakı 2 saylı uşaq evində körpələrlə görüş keçiriləcək.

Görüşdə iştirak etmək və ya valideyn himayəsindən məhrum olan uşaqlara bayram sovqatı göndərmək istəyənlər “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəlliməsi Zeynəb Qiyasovaya, İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Türkan Dəmirsoya və yaxud DQƏTM-in III kurs tələbəsi Lamiyə Məmmədzadəyə müraciət edə bilər.

Əlaqə telefonları: (051) 345 17 65; (051) 415 88 02.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay