A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti 25-26 noyabr 2025-ci il tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən QS Eurasia Forum 2025 tədbirində iştirak edir.

Bu il forum “Broadening Horizons: Building Global Bridges in Higher Education” (“Üfüqləri genişləndirmək: Ali təhsildə qlobal körpülər qurmaq”) devizi altında, Mərkəzi Asiya Universitetinin ev sahibliyi və QS (Quacquarelli Symonds) təşkilatının dəstəyi ilə baş tutub. QS təşkilatının ali idarəçiliyinin spiker qismində iştirakı tədbirin beynəlxalq əhəmiyyətini daha da artırıb.

Tədbir çərçivəsində ali təhsil sahəsində Avrasiya məkanında ali təhsilin strateji rolu və beynəlxalq əməkdaşlıq perspektivləri, Universitetlərin qlobal tanınması və QS Stars sistemi vasitəsilə mükəmməlliyin təqdim edilməsi, Qadın liderliyinin gücləndirilməsi, gender bərabərliyinin təşviqi və dayanıqlı inkişaf dəyərlərinin formalaşdırılması kimi prioritet mövzular müzakirə olunur.

QS Eurasia Forum 2025 ali təhsil liderlərini, akademik dairələri və qərarverici qurumların nümayəndələrini bir araya gətirərək Avrasiya regionunda qlobal əməkdaşlıq üçün geniş platforma yaradır. Forum həmçinin təhsildə innovasiya, inklüzivlik və davamlı inkişafın təşviqinə yönəlmiş mühüm beynəlxalq təşəbbüs kimi dəyərləndirilir.

UNEC-in QS Stars laureatı statusu nəzərə alınaraq forumda universiteti Təcrübənin Təşkili Şöbəsinin müdiri Leyla Nəzirzadə və  Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbər müavini Sevda Sərdarova  təmsil edir:

UNEC nümayəndə heyətinin forumdakı iştirakı universitetin qlobal ali təhsil məkanına inteqrasiyasının gücləndirilməsinə, beynəlxalq tərəfdaşlıq imkanlarının genişləndirilməsinə və regional təhsil gündəliyinə töhfə verməyə yönəlib.

TOP XƏBƏRLƏR