UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) McKinsey & Company şirkətinin təşkilatçılığı ilə “Mentor Program” konseptində növbəti təlim sessiyası baş tutub.
Tədbirdə McKinsey-dən 10 təlimçi və ISE-dən 57 tələbə iştirak edib.
Sessiya çərçivəsində McKinsey konsultantları tələbələrə MBA və magistratura proqramları, karyera planlaması, iş müsahibələrinə hazırlıq kimi mövzularda mentorluq dəstəyi göstəriblər. Təlimlər tələbələrin həm peşəkar inkişafı, həm də qlobal iş mühitinə uyğun bacarıqlar qazanması baxımından mühüm əhəmiyyət daşıyıb.