A

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə III–IV kurs tələbələri arasında bilik və təcrübə mübadiləsinə əsaslanan üçüncü Tələbə Mentorluq Proqramının qeydiyyat mərhələsi başlayır!

Proqram tələbələrin şəxsi və peşəkar inkişafına dəstək olmağı, karyera planlaşdırmasında motivasiya və yönləndirmə təmin etməyi hədəfləyir.

Proqramda kimlər iştirak edə bilər?

  • Azərbaycan Respublikasının vətəndaşları;
  • 18 yaşını tamamlamış şəxslər;
  • Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində bakalavriat səviyyəsində III–IV kurs tələbələri;
  • Tələbə Mentorluq Proqramına qoşulan universitetlərdə təhsil alanlar;
  • Proqramda ilk dəfə iştirak edənlər.

Tələbə Mentorluq Proqramı 2026-cı ilin yanvar-iyul ayları ərzində həyata keçiriləcək.

Tələbə Mentorluq Proqramını uğurla tamamlayan iştirakçılara “Yüksəliş” müsabiqəsi tərəfindən sertifikat təqdim edilir və mentor tərəfindən tövsiyə məktubu verilir.

Tələbə Mentorluq Proqramı üçün qeydiyyat 25 noyabr-10 dekabr 2025-ci il tarixlərində həyata keçiriləcək.

QEYDİYYAT

TOP XƏBƏRLƏR