A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində Türk Dünyası Araşdırmaları Vəqfinin banisi, böyük türkçü alim və fikir adamı Prof. Dr. Turan Yazqanın anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin məqsədi Turan Yazqanın Türk dünyasının birliyi, elm və mədəniyyətinin inkişafı uğrunda göstərdiyi xidmətləri xatırlamaq və onun ideyalarını gənc nəsillərə çatdırmaq olub.

Açılış nitqi ilə çıxış edən fakültə rəhbərliyi onun Türk dünyasının mənəvi dirçəlişi və ictimai-siyasi inkişafında oynadığı mühüm rolu vurğulayıb. Qeyd olunub ki, Turan Yazqanın irsi bu gün də türk xalqları arasında həmrəyliyin güclənməsi üçün mühüm fikir qaynağıdır.

Fakültənin professor-müəllim heyəti və tələbələri Turan Yazqanın həyatı, elmi fəaliyyəti və türkçülük ideologiyasına verdiyi töhfələr haqqında məruzələrlə çıxış ediblər.

Sonra alimin həyat və yaradıcılığını əks etdirən video-slayd nümayiş etdirilib.

Sonda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, tələbələr Turan Yazqanın irsi ilə bağlı suallarını səsləndiriblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay