Qırğızıstanda ezamiyyətdə olan UNEC nümayəndə heyəti səfərin ikinci günündə Bişkek Texniki Universitetində (BTU) olub.
UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, elmi katib Ərəbiyyə Mustafayeva, Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri, professor Əvəz Ələkbərov, Daxili audit şöbəsinin müdiri dosent Rəşad Muradov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova BTU-nun prorektoru Jırqalbek Sıdıkov və digər struktur rəhbərləri ilə görüşüblər.
Görüşdə hər iki universitetin nümayəndələri tərəfindən təqdimatlar dinlənilib, ali təhsil müəssisələrinin fəaliyyəti, qlobal reytinqlərdəki mövqeyi, beynəlxalq əlaqələri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər akademik mübadilə, birgə məqalələrin hazırlanması, UNEC-in Scopus bazasında indekslənmiş elmi jurnallarında Qırğızıstan alimlərinin məqalələrinin dərc olunması və digər potensial əməkdaşlıq istiqamətləri üzrə razılığa gəliblər.
Müzakirələrdən sonra UNEC nümayəndələri BTU-nun mühəndislik laboratoriyası və tələbələrlə iş üzrə mərkəzin fəaliyyəti ilə tanış olublar.