2021/2022-ci tədris ili üzrə UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) ikili diplom proqramına qəbul başlayıb. Proqramda UNEC-in I kursunu bitirən tələbələr iştirak edə bilər.
Proqrama əsasən, tələbələr I və II kursda UNEC-də təhsil alır, III kursda MDHİU-da təhsillərini davam etdirirlər. IV kursda isə UNEC-də təhsillərini başa vururlar. Akademik öhdəliklərini yerinə yetirən tələbələrə “Mühasibat uçotu” ixtisası üzrə Rusiyanın təhsil və kvalifikasiya sənədi - bakalavr diplomu və öz ixtisası üzrə UNEC diplomu veriləcək.
Qəbul şərtləri:
- UNEC-in birinci kursunu başa vurmalı;
- Minimum orta bal (ÜÖMG) - 71 bal;
- Rus dilini sərbəst bilməlidir.
Sənədlər bir fayl şəklində (PDF formatında) aşağıdakı ardıcıllıqla iBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına təqdim olunmalıdır:
- CV (rus və ya azərbaycan dilində)
- Akademik transcript
- Pasport (olmadığı halda şəxsiyyət vəsiqəsi)
Rusiyada təhsil müddəti - 1 il
Tədris dili - rus dili
Təhsil haqqı – 220 000 rubl
Qeydiyyat haqqı - yoxdur
Son müraciət tarixi: 1 Fevral
Maraqlananlar zoom linki vasitəsilə təşkil olunacaq onlayn görüşdə iştirak edə bilərlər.
Tarix: 2-ci günlər saat 15.00-da, 4-cü günlər saat 11.00-da.