Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) marketinq sahəsində karyera qurmaq istəyən gənc mütəxəssislər üçün ödənişli təcrübə proqramına start verib. Proqram çərçivəsində iştirakçılar rəqəmsal marketinq, sosial media idarəçiliyi, bazar araşdırmaları və süni intellekt əsaslı marketinq alətləri ilə işləmək imkanı əldə edəcəklər.

Təcrübə proqramı Bakı şəhərində yerləşən Chinar Park Business Center-də keçiriləcək. İş qrafiki həftənin beş günü, saat 08:30-dan 17:30-dək nəzərdə tutulub və iştirakçılara əməkhaqqı ödəniləcək.

Proqram çərçivəsində təcrübəçilər sosial media fəaliyyətlərinə dəstək göstərəcək, bazar və rəqib təhlilləri aparacaq, marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsində iştirak edəcəklər. Eyni zamanda, müxtəlif təqdimat və hesabatların hazırlanması, marketinq layihələri və təşviqat tədbirlərinin təşkili proseslərinə cəlb olunacaqlar.

Vakansiyaya marketinq, biznesin idarə edilməsi, kommunikasiya, iqtisadiyyat, data analitikası və ya əlaqəli ixtisaslar üzrə bakalavr təhsili olan namizədlər müraciət edə bilərlər. Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək, sosial media platformaları və Microsoft Office proqramlarında işləmək bacarığı tələb olunur. ChatGPT, Gemini, Claude, Canva və digər süni intellekt alətləri ilə təcrübəyə malik namizədlərə üstünlük veriləcək.

AISCO proqram iştirakçılarına təcrübəli marketinq mütəxəssislərinin mentorluğu, real layihələrdə iştirak, süni intellekt əsaslı marketinq yanaşmaları ilə tanışlıq və proqramı uğurla başa vurduqdan sonra tam ştatlı iş imkanları təqdim edir.

Maraqlanan şəxslər CV-lərini “Marketing Intern” başlığı ilə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 15 iyun 2026-cı il.

TOP XƏBƏRLƏR