A

UNEC Ömürboyu Təhsil Mərkəzində Peşəkar Mühasib Sertifikatının (PMS) 1-ci mərhələsi üzrə hazırlıq kursuna qeydiyyat başladı.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşəkar mühasib sertifikatına hazırlıq kursu aşağıdakıları əhatə edir.

  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları PMS növü üzrə
  • 1-ci mərhələ –"Mühasibat uçotu"

Kurs Maliyyə və mühasibat fakültəsinin dekanı, iqtisad elmləri namizədi Hafis Hacıyev və dekan müavini Abdulkərim Sadıqov tərəfindən tədris ediləcək.

Kursun tədris proqramı 60 saatı əhatə edir. Dərslər 3 aylıq müddətdə UNEC-in əsas tədris binasında təşkil olunacaq.

Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrindən müraciət edə bilərsiniz.

 Tel: +99412 4414539
 Mobil/whatsapp: +99470 515 16 18
 e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
 web: lifelong.unec.edu.az

TOP XƏBƏRLƏR