A

UNEC Ömürboyu Təhsil Mərkəzində Ümumi Excel kurslarına start verilib. 2 aylıq tədris proqramını əhatə edən kursda iştirakçılar əmək bazarının tələbinə uyğun praktiki biliklər əldə etmək imkanı qazanacaqlar.

Tədris proqramı müddətində siz öyrənəcəksiniz:

  • Exceldə bütün menyular, 110 + funksiyaların izahı və praktikası
  • Mürəkkəb hesabatların ən qısa şəkildə hazırlanması
  • Böyük verilənlər üzərində işləmək imkanı
  • Müxtəlif diaqramlar vasitəsilə məlumatların vizuallaşdırılması və analiz edilməsi
  • Gündəlik işlərdə daha yüksək sürət və vaxta qənaət
  • Pivot Table vasitəsi ilə böyük verilənlər cədvəlləri üzərində asanlıqla ümumiləşdirə (qruplaşdıra), süzgəcdən keçirə, şərti formatlaşdıra, çeşidləyə və əməliyyatlar həyata keçirmək
  • Təlim zamanı Exceldə ən çox istifadə olunacaq funksiyaların praktikası, ev tapşırıqlarının izahı və işləmə mexanizmlər

Dərslər bu sahədə uğurlu karyeraya sahib Excel Ekspert sertifikatlı təlimçi tərəfindən tədris ediləcək. Kursu uğurla başa vuran iştirakçılar rəsmi UNEC sertifikatı qazanacaqlar. Ümumi Excel kursu bu sahədə peşəkar olmaq istəyən şəxslər üçün mükəmməl fürsətdir!

Bu şansı qaçırmayın, elə indi qeydiyyatdan keçin! UNEC əməkdaşlarına və tələbələrinə xüsusi endirimlər mövcuddur!

Yanvar ayının sonuna qədər qeydiyyatdan keçən hər kəs üçün kursun aylıq qiyməti 80 manatdır.

Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

Tel: +99412 4414539
Mobil/whatsapp: +99470 515 16 18
e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
web: lifelong.unec.edu.az

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay