UNEC Kitabxana-İnformasiya Mərkəzi tərəfindən tələbələr üçün növbəti maarifləndirici təlimlər Mühəndislik fakültəsində təşkil olunub.
Təlimlərin keçirilməsində məqsəd tələbələrin kitabxana resurslarından və xidmətlərindən daha səmərəli istifadə etmələrinə dəstək olmaq, onları kitabxananın elektron və ənənəvi imkanları ilə yaxından tanış etmək, həmçinin beynəlxalq elmi məlumat bazalarından istifadə bacarıqlarını artırmaqdır.
Mühəndislik fakültəsində keçirilən təlimlər 3 saylı kitabxananın əməkdaşı Vüsal Məmmədov tərəfindən aparılıb.
Təlimlər zamanı tələbələrə kitabxananın təqdim etdiyi resurslar, elektron kataloq, onlayn xidmətlər və müxtəlif məlumat bazaları haqqında ətraflı məlumat verilib. Eyni zamanda library.unec.edu.az veb səhifəsinin imkanları barədə məlumat təqdim olunub. Bildirilib ki, bu platforma vasitəsilə tələbələr kitabxananın elektron kataloqunda axtarış apara, mövcud kitablar haqqında məlumat əldə edə, eləcə də müxtəlif elektron resurslara çıxış imkanından yararlana bilərlər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.