A

UNEC-in qida, sənaye, ekologiya mühəndisliyi ixtisaslarında təhsil alan tələbələri üçün Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM), Qida təhlükəsizliyi və keyfiyyət mövzularında təlimlər keçiriləcək.

Karyera mərkəzinin təşkilatçılığı ilə keçiriləcək təlimlər SƏTƏM, Qida təhlükəsizliyi və keyfiyyət üzrə baş auditor İlkin Həsənəliyevin spikerliyi ilə baş tutacaq.

Təlimlər 1,8,15 aprel, saat 15:00 tarixlərində keçiriləcək. 

Təlimlərə qatılan tələbələr aşağıda qeyd olunan bilik və bacarıqları əldə edəcəklər: 

  • Şirkətdə rahat və sərbəst keyfiyyət idarəetmə sistemi; 
  • İdarəetmə sisteminin səmərəli təşkili; 
  • Mənfi təsir edəcək risklərlə mübarizə; 
  • Az xərc və çox mənfəət gətirəcək idarəetmə sisteminin qurulması; 
  • Yarana biləcək problemlərin əvvəlcədən müəyyənləşdirilməsi; 
  • Səmərəli planlaşdırma; 
  • Proseslərin keyfiyyət sisteminə görə qurulması; 
  • Prosedurların sistemə uyğun hazırlanması; 
  • Resursların səmərəli şəkildə idarə olunması; 
  • Daimi inkişaf üçün beynəlxalq tələb və metodlar.

Təlimin dili: Azərbaycan
Təlimin keçiriləcəyi yer: UNEC, 3 saylı tədris binası (Murtuza Muxtarov, 194)
Təlimdə iştirak etmək istəyənlər ad, soyad və ixtisasını qeyd edərək, “SƏTƏM masterklass sessiyasında iştirak” yazmaqla aşağıda qeyd olunan e-ünvanlara göndərə bilərlər.
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay