Azərbaycan Respublikasının Mərkəzi Bankı yüksək potensiallı gəncləri mərkəzi bankçılıq ilə yaxından tanış etmək, işə hazırlıq bacarıqlarını inkişaf etdirmək və praktiki təcrübəni təmin etmək məqsədi ilə "Maliyyəçisən" adlı yay təcrübə proqramını həyata keçirir.
Proqram 2 ay (İyul-Avqust) həftədə 5 gün davam edəcək, təcrübə müddətində iştirakçılara təqaüd ödəniləcək.
"Maliyyəçisən" 2023-cü il buraxılışı aşağıda qeyd olunan departamentləri əhatə edəcək:
- Pul siyasəti
- Tədqiqatlar
- Statistika
- Valyuta ehtiyatlarının idarə edilməsi
- Maliyyə bazarlarında əməliyyatlar
- Maliyyə sabitliyi
- Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət
- Sığorta fəaliyyətinə dair siyasət və nəzarət
- Nağd Pul
- Strateji və layihə idarəedilməsi
- Beynəlxalq əməkdaşlıq və kommunikasiya
- İnformasiya texnologiyaları
- Hüquq
- İnsan Resursları
Müraciət üçün son tarix 25 Aprel 2023-cü ildir.
ƏTRAFLI MƏLUMAT
Müraciət üçün https://forms.gle/U982hBSXxRwwZuq16
Əlavə sualları Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərə bilərsiniz
Əlaqələndirici struktur: UNEC Karyera mərkəzi
Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Tel:1846 daxili 1132