A

UNEC-də Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri professor Məhəbbət Paşayevanın müəllifi olduğu «Qarabağın və Şərqi Zəngəzurun alban abidələri» kitabının təqdimat mərasimi keçiriləcək.

Kitabda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində keçən əsrin son illərinə qədər aşkar edilmiş yüzdən artıq alban memarlıq abidələri ilə bağlı tarixi-etnoqrafik, arxeoloji, memarlıq materialları yer alıb.

Tədbirin məqsədi kitabda yer alan Azərbaycan tarixinin ən qədim mərhələlərindən biri olan alban-xristian irsi və bu irsin ən zəngin nümunələrini yaşadan Qarabağ və Şərqi Zəngəzurun alban abidələrinin tarixi keçmişi və bu günkü vəziyyəti barədə məlumatların, onların falsifikasiya edilməsi faktlarının geniş oxucu kütləsinə çatdırılması zərurətindən irəli gəlib.

Təqdimat mərasimində dövlət rəsmilərinin, qeyri-hökumət təşkilatlarının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, AMEA Qafqazşünaslıq İnstitutunun, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun, AMEA Folklor İnstitutunun,  Rus Pravoslav Kilsəsinin Bakı  və Azərbaycan Yeparxiyasının, Azərbaycan Bibliya Cəmiyyətinin, Avropa Yəhudilərinin Bakı Dini İcmasının, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının və s. icmaların rəhbər və nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Tədbir çərçivəsində Multikulturalizmə həsr olunmuş kitab və eksponatlardan ibarət sərgi nümayiş etdiriləcək.

Təqdimat mərasimi Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə 31 may 2022-ci il tarixində, saat 15.00-da, UNEC-in əsas tədris binasının Ağ zalında keçiriləcək.

PROQRAM

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay