A

UNEC Empirik Tədqiqatlar Mərkəzi tərəfindən 6, 8 və 10 fevral 2023-cü il tarixlərində saat 20.00-da "Elmi məqalə necə yazılır?" mövzusunda onlayn vörkşoplar təşkil olunacaq.

UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri dos. Xətai Alıyev, Mərkəzin tədqiqatçısı Nicat Muradzadə və Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi İnqilab Şahbazov tərəfindən keçiriləcək vörkşoplarda tədqiqat aparmağa maraqlı olan gənclərə bu proses barədə ətraflı məlumatlar, eləcə də  məqalələrin düzgün yazılması istiqamətində tövsiyələr veriləcək.

Vörkşoplara ZOOM üzərindən https://zoom.us/j/93696519344 (kod: 093116) linkinə keçid etməklə qoşula bilərsiniz. 

Vörkşoplar UNEC Tədqiqat Mərkəzlərinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

Vörkşopları təşkil etməkdə məqsəd UNEC-də 26-27 may tarixlərində keçiriləcək "ICYSSR 2023 - International Conference of Young Social Science Researchers 2023" beynəlxalq konfransı üçün məqalə yazmaqda gənc tədqiqatçılara dəstək olmaqdır.

Konfransın şərtləri ilə tanış olmaq istəyənlər linkə keçid edə bilərlər: https://www.erc-unec.com/icyssr-2023

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay