A

"ASAN xidmət", “ASAN Könüllüləri” Təşkilatının və "Coca-Cola" Fondunun birgə əməkdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə “Tullantısız Dünya” proqramı çərçivəsində Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə “Recyclaton” hakatonu keçiriləcək.

Məqsəd tullantıların azaldılması və təkrar emala cəlb edilməsini təşviq etmək, bu istiqamətdə məlumatlandırma mexanizmi hazırlamaqla ekoloji dayanıqlılığa nail olmaqdır.

2-3 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulan hakaton iştirakçılar arasında yaradıcı düşünmə bacarığını inkişaf etdirəcək, ekoloji problemlərə innovativ həllər təklif etməklə ölkəmizdə ictimai xidmətlərin təşkilində innovasiyaların tətbiqinə töhfə verəcəkdir.

Hakatonda iştirakçıların layihə konseptləri sahəvi mentorların dəstəyi ilə prototip (MVP) halına salınaraq münsiflər tərəfindən dəyərləndiriləcək. Dəyərləndirmə nəticəsində ən yaxşı prototip təklif edən komandalara nominasiyalar üzrə 6000 AZN (I yer), 4000 AZN (II yer) və 3000 AZN (III yer) dəyərində pul mükafatı təqdim olunacaq.

Hakatonda iştirak etmək üçün aşağıdakı keçiddən istifadə edərək qeydiyyatdan keçə bilərsiniz.

Qeydiyyat üçün son tarix: 18 noyabr, saat 23:59.

QEYDİYYAT

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay