A

UNEC-də “İşğaldan azad olunmuş Qarabağın mədəni tarixi abidələri” mövzusunda onlayn seminar keçiriləcək.

UNEC Multikulturalizm Mərkəzinin rəhbəri professor Məhəbbət Paşayeva və Humanitar fənlər kafedrasının professoru Abbas Seyidovun təqdimatında keçiriləcək seminarda “Ermənistan işğalının Qarabağın alban abidələrinə vurduğu zərər: mədəni soyqırım, tarixin falsifikasiyası” və “Qarabağın arxeoloji mədəniyyət abidələri” mövzularında məruzələr dinləniləcək.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi, UNEC Multikulturalizm Mərkəzi, Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti və Humanitar Fənlər kafedrasının təşkilatçılığı ilə baş tutacaq.

24 sentyabr 2021-ci il tarixində saat 11.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/99421185838 linki vasitəsilə qoşula bilərsiniz.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay