UNEC-də  “Cənubi Qafqazda yaranan yeni reallıqlar çərçivəsində “Bir kəmər, Bir yol” layihəsi üçün imkanlar” mövzusunda onlayn seminar keçiriləcək.

Mövzu ətrafında UNEC “İqtisadiyyat” kafedrasının dosenti, iqtisadçı ekspert Emin Qəribli və UNEC “Bir kəmər, Bir yol” Tədqiqat Mərkəzinin tədqiqatçısı, iqtisadçı ekspert Aslan Əzimzadə çıxış edəcəklər.

27 sentyabr 2022-ci il tarixində saat 11.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən  https://zoom.us/j/97836978089 (kod: 230859)  linki vasitəsilə qoşula bilərsiniz.

Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC “Bir kəmər, Bir yol” Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarı mərkəzin facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay