A

UNEC-də “Şuşa İli” çərçivəsində Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Qarabağda turizm-rekreasiya potensialının qiymətləndirilməsi və inkişaf perspektivləri” mövzusunda onlayn seminar keçiriləcək.

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri prof. Şəfa Əliyevin moderatorluğu ilə keçiriləcək seminarda Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru dosent Elçin Süleymanov - “Qarabağ iqtisadi rayonunun turizm-rekreasiya potensialı və perspektivləri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı, prof. Xatirə Hüseynova - “Qarabağ iqtisadi rayonunda turizmin inkişaf prioritetləri”, Naxçıvan Dövlət Universitetinin dosenti Əli Cabbarov - “Naxçıvan-Qarabağ turizm potensialının reinteqrasiyası və turizm marşrutlarının formalaşdırılması imkanları” mövzularında təqdimatla çıxış edəcəklər.

19 dekabr 2022-ci il tarixində saat 14:30-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/97511396387 (kod: 595435) linki vasitəsilə qoşula bilərsiniz.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay