Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universitetinin
Zaqatala filialı
 İKT avadanlıqlarının satınalınması ilə əlaqədar
AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcək.
Lot 1 – İKT avadanlıqlarının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, mal, iş və xidmətlərin qısa müddətdə təhvil verilməsi, podratçının ixtisas göstəricilərinin uyğunluğu.

Əlaqələndirici şəxs: Daşqın Darçınov
Əlaqə telefonu: (024)22-5-21-57 (daxili 104), mob:0703773413
Ünvan: Zaqatala şəhəri,  Əhməd Rəcəbli  küç. 4

 Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) aşağıda qeyd olunan hesaba 200 (iki yüz) manat məbləğində vəsaiti ödədikdən sonra elektron müraciət edərək, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri:

VÖEN :5101144671 

Bankın adı: “Kapital Bank” ASC-nin Zaqatqla  filialı

VÖEN  9900003611

M/H     AZ37NABZ01350100000000001944

H/H:   AZ86AİİB36015019440134654139

Kodu: 200394

SWIFT: AIIBAZ2X

Malgöndərənlər iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

  1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
  3. Tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır)
  4. Malgöndərən haqqında tələb olunan sənədlər aşağıdakılardır:
    • Malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
    • Malgöndərənin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
    • Malgöndərənin ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlər şəklində və formalarda təqdim olunmalıdır);
    • Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
    • Malgöndərən tərəfindən işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;
    • Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
    • Mikro, kiçik və ya orta sahibkarlıq subyekti olmasını təsdiq edən sənədlər;

Malgöndərənlər 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 04.08.2020-ci il saat 15:00-a kimi dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Malgöndərənlər öz tender təkliflərini və bank zəmanətini 12.08.2020-ci il, saat 15:00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri zərfləri 13.08.2020-ci il tarixində saat 15:00-da - elektron portal vasitəsilə açılacaqdır.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Tender komissiyası 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay