19 İyun - UNEC Gününə həsr olunmuş tələbələrarası şahmat turniri UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilib.
Turnirin məqsədi tələbələrin məntiqi düşünmə, analiz və strateji qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də universitetdə sağlam rəqabət və intellektual mühitin təşviq olunması olub.
Müxtəlif fakültələri təmsil edən tələbələrin iştirak etdiyi yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Turnirin yekununda qaliblər diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Qaliblər:
I yer – “Biznes və menecment” fakültəsinin I kurs, 912-ci qrup tələbəsi Malik Gülməmmədli
II yer – “İqtisadiyyat və idarəetmə” fakültəsinin IV kurs, 220-ci qrup tələbəsi Aytən Ələsgərova
III yer – “Maliyyə və mühasibat” fakültəsinin II kurs, 654-cü qrup tələbəsi Tofiq Hacıyev
Qeyd edək ki, turnir tələbələrin asudə vaxtının səmərəli təşkili, intellektual potensialının artırılması və universitetdə sağlam rəqabət mühitinin daha da möhkəmləndirilməsi məqsədilə təşkil olunub.