A

UNEC-ə qəbul olunan abituriyentlər 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün UNEC-in rəsmi saytına (https://unec.edu.az/ )daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçid almaqla (kabinet.unec.edu.az) sənədlərini elektron formada sistemə yükləməlidirlər. Linkə  https://www.youtube.com/watch?v=LhtVllbcPM8 klik etməklə qeydiyyat prosesi ilə tanış ola bilərsiz.

Bundan əlavə abituriyentlər https://portal.edu.az/ platformasında da qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Portal üzərində qeydiyyat prosesi və Təhsil Tələbə Kredit Fonduna müraciət forması ilə linkə  https://www.youtube.com/watch?v=pn-yMXbn-fE klik etməklə tanış ola bilərsiz.

Qeyd olunmuş müddətdə hər iki portaldan qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Tələb olunan sənədlər

Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan bakalavrların qeydiyyatı üçün aşağıdakı sənədlər tələb olunur:

  • Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Təhsil haqqında sənəd – Attestatın və ya diplomun surəti;
  • İxtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd: Yalnız xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına aiddir;
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (oğlanlar üçün);
  • Təhsil haqqında ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün).

*Qeyd: ödənişli əsaslarla qəbul olan bakalavrlar qeydiyyatdan keçərkən I ilin təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.

Təhsil haqqından azad olunan bakalavrlardan aşağıdakı sənədlər tələb olunur:

  1. I və II dərəcə əlilliyi olan, habelə şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar:
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88)
  • Doğum haqqında şəhadətnamənin surəti,

Qeyd: Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

Əsas: “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2019-cu il tarixli 1155 nömrəli Sərəncamı

  1. Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları:
  • Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

Əsas: Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamı

  1. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar:
  • Vəfat etmiş valideyinin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti,
  • Digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88),
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

Qeyd 1: Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir. Bu güzəşt əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.

Əsas: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (22 iyun 1999-cu il tarixli 693-IQ nömrəli)

  1. Şəhid ailəsinin üzvü olanlar:
  • Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • Şəhid ailəsinin üzvi kimi tələbənin vəsiqəsinin surəti və doğum haqqında şəhadətnamənin surəti;
  • Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti.

Qeyd: Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

Əsas: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu (3 sentyabr 1993-cü il tarixli 697 nömrəli)

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər:
  2. a) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vətəndaşların uşaqları:
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88);
  • Valideynin şəxsiyyət vəsiqəsinin surəti;
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

Qeyd: Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir. Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır. Güzəşt 2014/2015-cü tədris ilindən etibarən tətbiq edilir.

  1. b) Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları:
  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd-arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı);
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

Qeyd: Güzəşt 2014/2015-cü tədris ilindən etibarən tətbiq edilir. 

  1. c) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər:
  • Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almasına dair arayış, vəsiqə və ya əmrdən çıxarış

Qeyd: Güzəşt 2023/2024-cü tədris ilindən etibarən tətbiq edilir.

Əsas: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 347 saylı sərəncamı

Qeyd: Qeydiyyat zamanı tələb olunan sənədlərin əsli tədris həftəsi başladıqda tələbə tərəfindən təhsil alacağı fakültə, mərkəz və ya məktəbin məsul əməkdaşına təhvil verilməlidir.

Qeydiyyat zamanı hər hansı sual yaranarsa qəbul olduğunuz fakültə üzrə məsul şəxslərlə əlaqə saxlaya bilərsiniz.

ƏLAQƏ

 sq 050923

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay