A

06-08 mart 2024-cü il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu (İAETİ), Türkiyənin İğdır Universiteti, Naxçıvan Dövlət Universiteti, İKSAD, Səmərqənd Dövlət Memarlıq və İnşaat Universiteti ilə birlikdə hibrid formada “III Beynəlxalq İpəkyolu Elmi Araşdırmalar Konqresi keçiriləcək.

Konqresin keçirilməsinin məqsədi İpək Yolu nəqliyat xəttinin regional inkişafa təsirlərinin aktual məsələləri, problemlərin hərtərəfli təhlili və onların mümkün həlli yollarının geniş müzakirəsinin aparılmasıdır.

Konfransa təqdim olunmuş xülasə və tam mətnlər İKSAD İnstitutu tərəfindən indeksli toplularda yayımlanacaq.

Konfransın saytı: https://www.silkroadcongress.co.uk/tr

Əlaqə: (+99455)8473244

TOP XƏBƏRLƏR